Azərbaycanda əksər tikinti materiallarının qiyməti 2021-ci ilin aprelində bahalaşıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, ən böyük bahalaşma isə kəsilmiş taxtada müşahidə edilib.
Məsələn aprel ayının əvvəlində hər kub metri 339.79 manata satılan taxta, aprelin sonuna 353.89 manata yüksəlib. Bu da 14.10 manat, yaxud 4.15% bahalaşma dinamikasıdır.
Digər tikinti materialları olan parket və laminant parketdən başqa bütün tikinti materialları bahalaşıb.
MANATLA