AMEA-nın prezidenti Ramiz Mehdiyev akademik Əli Abbasovu AMEA-nın müşaviri vəzifəsindən azad edib.
Banker.az bildirir ki, bu barədə konkret.az adlı mənbə məlumat yayıb.
Qeyd edək ki, Əli Abbasov hazırda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktorudur. 2004-2014-cü illərdə isə o, Rabitə və İnformasiya Texnologiyaları naziri vəzifəsində çalışıb.