Vending (ing. Vending – Vend – ticarət etmək (avtomatlar vasitəsil)) avtomatlaşdırılmış sistemlər vasitəsilə (ticarət avtomatları) məhsul və xidmətlərin satılması əməliyyatlarıdır. Vending rahat və ticarət aparmaq və yaxud xidmət göstərmək üçün elə də yüksək tələbli üsul olmayaraq dünyada geniş yayılmışdır.
2001-ci ildə ABŞ-da vending həcmi 24,34 milyard dollar təşkil edirdi (1992-ci ildə isə 17,4 milyard dollar idi). ABŞ-da ticarət avtomatlarının 35%-dən çoxu sənaye müəssisələrində, 27%-i ofislərdə, 9%-i təhsil müəssisələrində, 5%-i otel, restoran və xəstəxanalarda, 12%-i isə ictimai yerlərdə quraşdırılmışdır. ABŞ Əmək nazirliyinin verdiyi məlumatlara görə, 1 ticarət avtomatı 1 saat ərzində öz sahibinə orta hədlə 70,58 dollar qazandırır. 2001-ci ilin məlumatlarına görə, burada liderliyi sərinləşdirici içkilər (28,2% – 6,86 milyard dollar) və konfetlər (24,9% – 6 milyard dollar) təşkil etmişdir.
EVA (European Vending Association) məlumatlarına görə, Avropada 4,5 milyon ticarət avtomatı quraşdırılmışdır. Hər il bu avtomatlar vasitəsilə 20 milyard dollar dəyərində olan məhsul satılır. Analitiklərin fikrincə bu göstərici hər il 5-10% artmaqdadır. Avropalılar sırasında ticarət avtomatlarından ən çox istifadə edənlər almanlardır. Almaniyada bu avtomatların sayı 2 milyondan çoxdur. Böyük Britaniyada isə bu rəqəm 500 mindir.
Yaponiyada isə avtomatlar satış sahəsində demək olar ki, əsas rolu oynayır. Ölkədə ticarət avtomatların sayı 5,6 milyondur. Ən geniş yayılmış satış avtomatları isə içki avtomatlarıdır (2,6 milyondan çox). Bazar həcmi isə 60 milyard dollardır. Bütün dünya üzrə isə 20 milyondan çox müxtəlif ticarət avtomatı quraşdırılıb.
Qeyd edək ki, vending aparatları vasitəsi ilə dünyanın bir çox ölkələrində kreditlərin verilməsinə başlanmışdır.