7 C
Baku
Thursday, December 12, 2024

Yaponiya şirkəti ödəmə funksiyalı “ağıllı” üzüklər təqdim etdi

Yaponiyanın “MTG” şirkəti alış-veriş zamanı ödəniş etməyə imkan verən “ağıllı” üzüklər təqdim edib. Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Bildirildiyi kimi, üzüklərin içinə zirkon kristaldan hazırlanmış çip quraşdırılıb. Cihaz suya davamlıdır və şarj tələb etmir. Üzüyün ödəmə funksiyasının müddəti dörd il təşkil edir.

Xüsusi tətbiq vasitəsilə üzüyə bir neçə bank kartı bağlamaq olar. Alış-veriş etmək üçün üzüyü terminala yaxınlaşdırmaq kifayət edir. Qeyd edilir ki, bir dəfəyə maksimum 30 min yen (təxminən 460 manat) xərcləmək olar.

Gələcəkdə istehsalçılar ictimai nəqliyyatda gediş haqqının ödənilməsi funksiyasını əlavə etməyi planlaşdırır. “MTG” şirkəti “Visa” ilə müqavilə bağlayıb. İlkin olaraq 3 min üzük istehsal ediləcək, birinin qiyməti təxminən 19 800 yen (300 manat) təşkil edəcək.

Xatırladaq ki, 2018-ci ildə “MTG” 60.4 milyard yen (554 milyon dollar) kapitallaşma ilə Tokio birjasına çıxıb. İlin sonuna qədər şirkət üzük istehsalı şöbəsini törəmə müəssisəyə çevirmək istəyir. “Bloomberg”in hesablamalarına görə, şöbənin dəyəri 1.2 milyard yen təşkil edir.

2019-cu ildə “Cardsmobile” şirkəti də ödəmə funksiyalı üzüklər təqdim edib. Lakin onların istifadəsi üçün xüsusi terminallar tələb olunub.

Son xəbərlər
Digər xəbərlər