Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC nəqliyyat vasitələrinin 1 illik könüllü (KASKO) sığortası üçün təkliflər sorğusu elan edib.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini iyunun 3-ü, saat 18:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1/3 ünvanına təqdim edə bilərlər. Telefon: (012) 599-86-74.
Təkliflərə iyunun 3-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.