Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyunun 1-də Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstanın Müstəqillik Günü ilə bağlı hökumət başçısına göndərdiyi təbrik məktubunda bildirilib.
Dövlət başçısı qeyd edib ki, səfər ikitərəfli münasibətlər və bölgədəki cari proseslərin müzakirəsi üçün yaxşı imkan olacaq.
R.T.Ərdoğan Türkiyə və Gürcüstan arasında mehriban qonşuluq və strateji əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə inamını ifadə edib.