Unibank-ın yeni filialı fəaliyyətə başladı. Sumqayıt əhalisi artıq Unibank-ın xidmətlərindən arzuladıqları kimi istifadə edə biləcəklər. Gənclər şəhərinin sakinlərinin tələbatını nəzərə alaraq, Sumqayıtda bankın ikinci filialı açıldı. 5-ci mikrorayon və 45-ci məhəllə arasındakı ərazidə (N.Nərimanov küçəsindəki inzibati bina), “Real” klinikası ilə üzbəüz yerləşən “Gənclər şəhəri” filialının xidmətlərindən yalnız sumqayıtlılar deyil, ətraf rayonların əhalisi də istifadə edə biləcək.
Yeni filialın geniş olması və yerləşdiyi ərazi müştərilərə xidmətin keyfiyyətini daha da yüksəltməyə və bank məhsulları və xidmətləri ilə hərtərəfli təmin etməyə imkan verəcək. “Gənclər şəhəri” filialı vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil olmaqla, bütün bank xidmətlərini göstərir. Vətəndaşlar filialdan nağd kreditlər və mikro kreditlər götürə bilərlər. Unibank-ın xidmət və məhsullarından istifadə etmək istəyən hər kəs həftənin 6 günü səhər saat 09.00-dan 17.00-dək “Gənclər şəhəri” filialına müraciət edə bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank-hər kəsin bankı