10 C
Baku
Friday, December 13, 2024

“Vimeo” videohostinqi $8 mlrd. kapitallaşma ilə birjaya çıxdı

“Vimeo” videohostinqi 8 milyard dollar kapitallaşma ilə “Nastaq” birjasına çıxıb. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Beləliklə, səhmdarlar 1.6235 səhm qazanıb.

Xatırladaq ki, çərşənbə axşamı “Vimeo” səhmləri 45.39 dollar dəyərində olub. Ticarət sessiyasının sonunda şirkətin kapitallaşması təxminən 8 milyard dollar təşkil edib.

“Vimeo” “IAC”dən ayrılan on birinci şirkətdir. Digərləri arasında “Tinder March Group”, “Expedia” və “Lending Tree” var.

“Vimeo” şirkəti 2004-cü ildə yaradılıb. O, müəlliflərə yüksək keyfiyyətdə videoları redaktə etmək üçün alətlər tərtib edir. Xidmətin bir neçə tarifi var – 7 dollardan 75 dollaradək.

2021-ci ilin yanvar ayında xidmət 300 milyon dollar sərmayə cəlb edib və investorlar tərəfindən 5.7 milyard dollar dəyərində qiymətləndirilib.

Son xəbərlər
Digər xəbərlər