7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın bank sektoru böyüyüb

Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 32 milyard 797 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən il mayın 1-i ilə müqayisədə 5% çoxdur.

Bankların aktivlərinin 14 milyard 612 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 0.9% kiçilib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 5.1% artaraq 28 milyard 65.6 milyon manata, o cümlədən depozit portfeli 7% artaraq 21 milyard 362.1milyon manata çatıb. Bunun 8 milyard 219.9 milyon manatı fiziki, 13 milyard 142.2 milyon manatı isə hüquqi şəxslərin depozitləridir.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 15.3% azalaraq 371.3 milyon manat olub.

Sektorun balans kapitalı isə 3.7% artaraq 4 milyard 731.1 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər