Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib