10 C
Baku
Wednesday, December 11, 2024

“Azəriqaz” yanında İctimai Şuraya sədr seçilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yanında vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yaradılmış İctimai Şuranın ilk iclası keçirilib.

Bu barədə “Azəriqaz”a istinadən xəbər verilir.

Məlumata görə, Şuraya sədr seçilmək üçün “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin üzvü Xəyal Bəşirov və “Beynəlxalq Diaspora Mərkəzi” İctimai Birliyini təmsil edən Rəşad Quliyev namizədliyini irəli sürüb. Keçirilən səsvermənin nəticəsinə əsasən iki il fəaliyyət göstərəcək İctimai Şuraya Xəyal Bəşirov sədr, Rəşad Quliyev sədr müavini, Xəzər Media Mərkəzinin əməkdaşı, tanınmış aparıcı Lalə Azərtaş isə katib seçilib. Səsvermə başa çatdıqdan sonra Birliyin baş direktoru Ruslan Əliyev İctimai Şuranın üzvləri ilə görüş keçirib və müxtəlif məsələlər müzakirə edilib. Baş direktor Birlik yanında yaradılan İctimai Şuranın qaz təsərrüfatı ilə bağlı müvafiq rəy və təkliflərinin nəzərə alınacağını bildirərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Aprelin 30-da “Azəriqaz” yanında İctimai Şuraya seçkilər keçirilib. Seçki prosesində namizədlərin heç biri ümumi seçicilərin 50% səsini toplaya bilmədiyi üçün Seçki Komissiyası 2-ci mərhələyə dair qərar qəbul edib. Mayın 7-də Birlik yanında İctimai Şuranın yaradılmasına dair yekun seçki prosesi keçirilib. Vətəndaş cəmiyyəti institutlarından təqdim olunan 17 namizəd arasından 11 nəfər səs çoxluğu ilə Şuraya üzv seçilib.

Son xəbərlər
Digər xəbərlər