Metrodan istifadə edən sərnişinlərin hərarəti yoxlanılacaq

Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan müvafiq qaydada istifadə etməsi və sərnişinlərin hərarəti seçimli şəkildə tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin metroda sərnişindaşımanın fəaliyyətinin bərpası ilə bağlı yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, seçmə qaydada yoxlama zamanı yüksək hərarəti olan sərnişinlər metropoliten ərazisinə buraxılmayacaqlar.

Son xəbərlər
Digər xəbərlər