-1 C
Baku
Sunday, December 15, 2024

“AvtoVAZ” 2024-cü ildə yeni nəsil “Lada Niva” buraxacaq

“AvtoVAZ” 2024-cü ildə yeni nəsil “Lada Niva” buraxacaq. Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Ehtimal olunur ki, avtomobil yüksək klirens və aşağı enmə aralığına malik tam ötürücülük sistemi ilə təchiz ediləcək.

Yeni “Lada Niva” mövcud yolsuzluq avtomobilin beş qapılı versiyası ilə müqayisə edilə bilər. Modelin uzunluğu 4280 mm (“Niva Legend”dən 40 mm çox), təkər bazası isə 2600 mm təşkil edir.

Avtomobil 1.8 litrlik 122 at gücünə sahib olan benzin mühərriki və 1.3 litrlik turbomühərriklə təchiz ediləcək. Benzin mühərriki altı pilləli mexaniki sürətlər qutusu ilə birləşdiriləcək.

Xatırladaq ki, mayın 6-da verilən məlumata görə, 2021-ci ildə “AvtoVAZ” 37 931 avtomobil satıb. Bu, 2020-ci illə müqayisədə 4 dəfə, 2019-cu illə müqayisədə isə 17.4% çoxdur.

Son xəbərlər
Digər xəbərlər