2020-ci ilin yayında nizamnamə kapitalı 2.1 dəfə artırılan “Brand Credit” Bank Olmayan Kredit Təşkilatı MMC-nin səhmdarlarının pay bölgüsü dəyişib.
Banker.az xəbər verir ki, 2020-ci ildə Vəliyeva Yeganə Nəriman qızı BOKT-a 1 milyon manatlıq maya qoyub. Bu qoyuluşdan sonra onun payı 1 milyon 423 min manata yüksəlmişdir. Faizlə ifadədə 47%-dən 74.9%-ə yüksəlib.
Onun ortaqları Hüseynov Əli Abdulhüsyn oğlu (423 min manat) payını 47%-dən 22.26%-ə, Vəliyeva Şəbnəm Rafiq qızının payı isə (54 min manat) 6-dən 2.84%-ə qədər düşmüşdür.
Brand Credit BOKT-un səhmdarları (manat) |
||||
2019 | 2020 | 2019 | 2020 | |
Vəliyeva Yeganə Nəriman qızı | 423,000 | 1,423,005 | 47% | 74.90% |
Hüseynov Əli Abdulhüsyn oğlu | 423,000 | 422,997 | 47% | 22.26% |
Vəliyevva Şəbnəm Rafiq qızı | 54,000 | 53,998 | 6% | 2.84% |
CƏMİ | 900,000 | 1,900,000 | 100% | 100% |