Azərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik edilib.
Banker.az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, Aİ-95 markalı benzinin qiyməti 1.40 manat olub.
Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1.25 manat idi.
Hazırda bəzi yanacaqdoldurma məntəqələrində “Aİ-95” markalı benzinin satışı dayandırılıb.
Məlumat hələki rəsmi təsdiq edilməyib.






