ABŞ-ın ən böyük ət istehsalçısı kiberhücum səbəbindən fəaliyyətini dayandırıb

ABŞ-da kiberhücum nəticəsində ən böyük ət istehsalı zavodlarının fəaliyyəti dayandırılıb.

Banker.az bu barədə “RBK”ya istinadənxəbər verir.

“USA Today” və “Bloomberg”in verdiyi məlumata görə, bu barədə “United Food & Commercial Workers” bildirib.

Kiberhücum səbəbindən ABŞ-dakı ət istehsalı müəssisələrinin beşdə biri təhlükə altına düşüb. Qeyd edək ki, hal-hazırda ABŞ-ın ən böyük ət istehsalçısı “JBS S.A.” zavodudur. Şirkətin doqquz mal əti, beş donuz əti və iyirmi altı toyuq əti istehsalı müəssisəsi var.

“İT mütəxəssislərimizin və zavod komandalarımızın son 24 saat ərzində əldə etdiyi irəliləyişi nəzərə alaraq, ət istehsalı müəssisələrinin əksəriyyətin sabah fəaliyyətini bərpa edəcəyini söyləyə bilərik”, – deyə “JBS”nin rəhbəri Andre Noqeyra qeyd edib.

Xatırladaq ki, 31 may günü şirkətin Şimali Amerika və Avstraliyadakı ət istehsalı zavodları kiberhücuma məruz qalıb. Qalmaqala görə şirkət Kanada, ABŞ və Avstraliyadakı bəzi müəssisələrinin fəaliyyətini dayandırmalı olub.

“JBS S.A.” – qərargahı San-Pauluda yerləşən şirkətdir. Qrupun 15 ölkədə nümayəndəlikləri vardır. “Bloomberg” və “Forbes” onu dünyanın ən böyük ət istehsalçısı adlandırırlar. Şirkətin gəlirinin 51%-i ABŞ-ın payına düşür.

Son xəbərlər
Digər xəbərlər