“Yelo Bank”ın yeni buraxdığı 30 mln. manatlıq səhmləri kimin aldığı məlum oldu

2020-ci ilin sonunda nizamnamə kapitalını artıran “Yelo Bank” ASC-nin səhm kapitalında pay bölgüsü dəyişib.

Banker.az bu barədə bankın audit hesabatına istinadən xəbər verir.

Bank 2020-ci ilin sonunda 30 milyon manat dəyərində səhm paketi emissiya etməklə nizamnamə kapitalını 378 milyona çatdırmışdır.

Bu kapital artımından sonra bankın əsas səhmdarı “Topaz Investment Limited” MMC-nin payı 95.68%-dən 96.02%-ə qədər yüksəlmişdir. Bu isə o deməkdir ki, ötən ilin sonu emissiya edilmiş səhmlərin hər biri əsas səhmdar tərəfindən alınıb.

Kapitalda bu dəyişiklikdən sonra digər səhmdarlarda, Marina Kulişovanın payı 4.22%-dən 3.89%-ə, “ISR Holding” MMC-nin payı isə 0.10%-dən, 0.9%-ə qədər azalmışdır.

 

Səhmdar 2020, faizlə 2019, faizlə 2020, mln AZN 2019, mln AZN
“Topaz Investments Limited” MMC 96.02 95.68                       363.0                       333.0
Marina Kulişova 3.89 4.22                         14.7                         14.7
“ISR Holding” MMC 0.09 0.10                            0.3                            0.3
Cəmi 100 100                       378.0                       348.0

 

Son xəbərlər
Digər xəbərlər