9 C
Baku
Thursday, December 25, 2025

Bakı-Həştərxan aviareysi üzrə uçuşlara başlanılıb

Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” şirkəti Bakıdan Rusiyanın Həştərxan şəhərinə xüsusi reyslər həyata keçirməyə başlayıb.

“Buta Airways”dən verilən məlumata görə, uçuşlar həftədə bir dəfə – həftənin cümə axşamı günləri Bakı-Həştərxan-Bakı istiqamətində yerinə yetiriləcək.

Azərbaycan və Gürcüstan dəmir yolları əməkdaşlığa dair protokol imzalayıb
Azərbaycanın rəqəmsal transformasiya layihəsi beynəlxalq müsabiqənin qalibi oldu
Yükdaşıma qaydalarını və kütlə parametrlərini pozanlara qarşı yoxlamalar davam etdirilir
Məlumata görə, ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Qeyd edilən reyslərə biletlər “Buta Airways” aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur. Aviabiletlərin qiyməti 55 avrodan başlayır.

Pandemiya dövründə həmin reyslərə həm gediş, həm də gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.

Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.

Qeyd edək ki, hazırda Bakıdan Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Krasnoyarsk, Omsk, Norilsk, Ufa və Perm şəhərlərinə uçuşlar yerinə yetirilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər