24 C
Baku
Sunday, September 29, 2024

ÜST vaksinlərin ilkin qiymətləndirilməsini sürətləndirməyin tərəfdarıdır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ərizələrə baxılması prosesini sürətləndirmək məqsədilə vaksinlərin ilkin qiymətləndirilməsi prosedurunun optimallaşdırılmalı olduğunu qəbul edir.

Bu barədə TASS-a müsahibəsində ÜST-nin Avropa Regional Bürosunun direktoruHans Klüge bildirib.

“Rusiyanın Səhiyyə naziri Mixail Muraşko ilə çox yaxşı söhbətimiz oldu. Vaksinlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə mümkün qədər tez səy göstərilməsi fikri ilə tamamilə razıyam”, – o deyib.

Onun sözlərinə görə, ÜST tənzimləyici orqan deyil: “Biz ilkin qiymətləndirməni həyata keçiririk. Beləliklə, biz təhlükəsizlik, səmərəlilik və keyfiyyətlə bağlı tövsiyələr veririk. Əlbəttə ki, biz ölkələrdən daxil olan məlumatlara da əsaslanırıq. Amma, hesab edirəm ki, əsas qayə düzgündür: hər kəs hərəkət etməli və bunu bir qədər sürətli eməlidir”.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər