“Google” ABŞ-da kriptobirja və kriptocüzdanların reklamına qoyulan qadağanı ləğv edəcək

“Google” şirkəti 3 avqust 2021-ci ildən ABŞ-da kriptobirja və kriptocüzdanların reklamına qoyulan qadağanı ləğv edəcək. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Qeyd edildiyi kimi, bu kimi servislər yenidən xidmətlərini axtarış sistemi vasitəsilə reklam edə biləcəklər. Xatırladaq ki, 2018-ci ilin iyun ayından ABŞ-da rəqəmsal aktivlərin və onlarla bağlı kontentin reklamı qadağan edilib.

Yeni qaydalar reklamverənlər qarşısına müəyyən tələblər qoyur və sertifikat almağa məcbur edir. Şirkət ya ABŞ ştatlarından birində bank lisenziyasına sahib olmalıdır, ya da ABŞ Maliyyə Cinayətləri Agentliyində (FinCEN) maliyyə xidmətləri müəssisəsi kimi qeydiyyata alınmalıdır. Müvafiq sertifikatı almaq üçün forma 8 iyul tarixindən veriləcək.

“Google”un son qərarı məşhur şəxslərin rəqəmsal aktivləri, sikkələrin ilkin yerləşdirilməsi (ICO) və DeFi-protokolları reklam etməsi qadağasını ləğv etmir.

Son xəbərlər
Digər xəbərlər