8 C
Baku
Friday, December 13, 2024

Bakıda abadlıq işlərinin görülməsi 17 milyon manata başa gələcək

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

Banker.az xəbər verir ki, tenderin qalibi “Star Construction-12” QSC-dir.

Qalib şirkətə 16 559 900 manat ödəniləcək.

Qeyd edək ki,  “Star Construction-12” QSC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 050 manatdır və qanuni təmsilçisi Mirsahib Bayramovdur.

Son xəbərlər
Digər xəbərlər