2021-ci ilin mayında Azərbaycanın internet bazarında “Google Chrome” brauzerinin payı aprel ayı ilə müqayisədə 0.8 faiz azalıb.
Banker.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, “Chrome” brauzerinin bazarda payı 77.01 faiz təşkil edib.
Eyni zamanda, may ayında “Opera” brauzerinin internet bazarında payı 0.22 faiz azalaraq 3.69 faiz təşkil edib.
“Yandex Browser” brauzerinin payı isə 1.32 faiz təşkil edib.