15 C
Baku
Saturday, October 19, 2024

İcbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı açıqlandı

2015-ci ilin yanvar ayında 65,933 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur.

Banker.az ISB-a istinadən xəbər verir ki, bunların 16,7 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir.

Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,1 milyon manata yaxın olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 30,3 %, sığorta haqlarının məbləğində 35,7 artım müşahidə edilmişdir.

Son xəbərlər
Digər xəbərlər