7 C
Baku
Sunday, December 15, 2024

“Azergold”un törəməsinin icraçı direktoruna müavin təyin edilib

“Azergold” QSC-nin törəmə-ortaq şirkəti “AzerBlast” MMC-nin İcarçı direktoruna yeni müavin təyin edilib.

Banker.az-ın məlumatına görə, direktor müavini Samir Rəhimovdur.

R.Rəhimov 2020-ci ilin fevralından 2021-ci ilin mayına qədər “AzerGold”un Logistika və Administrasiya departamentinin rəhbəri idi.

“AzerBlast”ın icraçı direktoru Rizvan Baxşıyevdir.

“AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış törəmə cəmiyyətidir.

“AzerBlast” 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin iki təsisçisi var. Təsisçilərdən biri Cəmiyyət, digəri isə “DM Servis” MMC-dir. Törəmə cəmiyyətin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi digər təsisçiyə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər