Avropa İttifaqı (Aİ) Belarus hava yollarının blokun hava məkanında uçuşlarını və Belarus təyyarələrinin Avropa hava limanlarına enməsini qadağan edib.
Bu barədə Aİ-dəki diplomatik mənbə bildirib.
“Bu gün Aİ-nin səfirləri Belarus hava yolu daşıyıcılarının blokun ərazisi üzərindən uçmasını və ya Aİ hava limanlarına enməsini qadağan edən plan qəbul edib”, – diplomatik mənbə bildirib.
Aİ eyni zamanda ittifaq ölkələrinin hava yollarına Belarus üzərindən uçmamağı tövsiyə edib, lakin bu məcburi bir qadağa deyil.