Azərbaycanda 2021-ci ilin ilk 5 ayı üzrə Dövlət Gömrük Xətti ilə büdcəyə olunan ödənişlərin həcmi öncəki ilin müvafiq dövründən hələ də geri qalır.
Bu barədə Banker.az DGK-nin rəsmi səhifəsinə istinadla bildirir.
Məlumata görə, 2021-ci ilin ilk 5 ayı ərzində gömrük xətti ilə büdcəyə 1 milyard 662.02 milyon manat həcmində ödəniş edilib. Bu isə 2020-ci illə müqayisədə 34.09 milyon manat, yaxud, 2% azdır.
Qeyd edək ki, gömrük xətti ilə 2021-ci ilin may ayında 347.63 milyon manat büdcəyə ödəniş olub. Bu da aylıq müqayisədə 6.3% azalma dinamikasıdır.
Bu ödənişlərdə, gömrük rüsumu üzrə 92.73 milyon manat, ƏDV üzrə 240.68 milyon manat, aksizlər üzrə 11 milyon manat və yol vergisi üzrə 3.22 milyon manat vəsait yığılıb.