10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan vətəndaşlarının Gürcüstana daxil olma qaydaları sadələşdirilir

“Gürcüstanın quru sərhədlərini açması artıq bəzi nəticələr verib. Qonşu ölkələrdən ölkəyə turist axını artıb”.

Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının Gürcüstana quru yolla daxil olma qaydalarının sadələşdirilməsi ilə bağlı danışıqlar aparılır: “Biz çox ümid edirik ki, qərar özünü çox gözlətməyəcək və azərbaycanlı dostlarımızı ənənəvi olaraq qəbul edə biləcəyik”.

N.Turnava qeyd edib ki, Ermənistan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması bərpa olunacaq: “İyunun 15-də Yerevan-Tbilisi-Batumi istiqaməti üzrə ilk qatar yola düşəcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər