Rusiya hökuməti “Roskosmos”a 2 milyard rubldan çox vəsait ayırıb.
RİA Novosti xəbər verir ki, bu barədə Dövlət satınalmaların saytında məlumat yerləşdirilib.
Məqsəd Rusiyanın “Spektr-M” astrofizik kosmik rəsədxanasının yaradılmasından ibarətdir.
Bildirilib ki, kosmik teleskop və elmi avadanlıqların istehsalı və sınağına 2,2 milyard rubl xərclənəcək.
Yeni rəsədxana kompleksinin inşasının 2025-ci ilin noyabr ayına qədər tamamlanması planlaşdırılır.