“Financial Times”, “The New York Times”, “Bloomberg News”, “CNN”, “WSJ” və digər böyük saytların fəaliyyətində problem yaranıb. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Bildirildiyi kimi, qısamüddətli fasilə həmçinin “Amazon”, “Spotify”, “Reddit”, “GitHub”, “PayPal”, “Twitch”, “Stackoverflow” və digər platformalarda qeydə alınıb.
Böyük Britaniyanın “The Guardian” saytının və tətbiqinin internetin kəsilməsi səbəbindən fəaliyyətini müvəqqəti olaraq dayandırdığını və ən qısa müddətdə bu problemi aradan qaldırmağa çalışacağını bildirib. Eyni zamanda Böyük Britaniyanın “gov.uk” saytı da fəaliyyətini dayandırıb.
“Financial Times”ın məhsul meneceri Mett Teylor bunun “Fastly” provayderi ilə əlaqəli olduğunu yazıb. “Fastly” veb-saytında pozuntuların olduğunu təsdiq edib.