“Fastly” provayderi qərb mediasında baş verən problemi aradan qaldırıb. Qeyd edək ki, nasazlıq Bakı vaxtı ilə saat 14:57-də aşkar edilib. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Problemə tam olaraq nəyin səbəb olduğu açıqlanmır.
Xatırladaq ki, 8 iyunda “Financial Times”, “The New York Times”, “Bloomberg News”, “CNN”, “WSJ” və digər böyük saytların fəaliyyətində problem yaranıb. Bildirildiyi kimi, qısamüddətli fasilə həmçinin “Amazon”, “Spotify”, “Reddit”, “GitHub”, “PayPal”, “Twitch”, “Stackoverflow” və digər platformalarda qeydə alınıb.