1 C
Baku
Saturday, December 14, 2024

Maliyyə Nazirliyi bugünkü iki hərracdan 45 mln. vəsait cəlb edib

8 iyun 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin istiqrazları üzrə iki hərrac gerçəkləşib.

AZ0108019883 ISIN-li, 10 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) və AZ0104006876 ISIN-li, 20 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Birinci hərracda 17 investor tərəfindən qiymət intervalı 87.1198 AZN (12.0000%) və 101.2110 AZN (8.1999%) olan 26 sifariş təqdim edilmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2028 AZN (8.7000%), orta ölçülmüş qiyməti  99.4319  (8.6423%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 48,600,700.00 manat yerləşdirilmiş həcmi isə 15,000,000.00 manat təşkil edilmişdir.

İkinci hərracda isə, 9 investor tərəfindən qiyməti intervalı 92.6302AZN (7.9999%) və 96.2202 AZN (3.9499%) olan 14 sifariş təqdim edilmişdir.  Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.1834 AZN (3.9899%), orta ölçülmüş qiyməti 96.2079AZN (3.9632%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 95,969,100.00  manat yerləşdirilmiş həcmi isə 30 000 000 manat təşkil edilmişdir.

 

Son xəbərlər
Digər xəbərlər