Pivə üçün ən yaxşı qablaşdırma hansıdır – ənənəvi şüşə və yaxud metal bankalar? Bu qablaşdırmaların üstün və çatışmayan cəhətləri barədə olan müzakirələr artıq 80 ildən çoxdur davam edir. Pivə bankasının yaranması tarixi isə 1935-ci ilin 24 yanvar tarixindən hesablanır. Lakin onun tarixçəsi bu tarixdən 30 il əvvəl başlamışdır. Ötən əsrin əvvəllərində pivədən böyük populyarlıqla istifadə edilsə də, o dövrün şərtləri daxilində onunla ticarət etmək bir qədər çətin idi. Belə ki, bu içki çox tez xarab olurdu.
1905-ci ildən başlayaraq ABŞ-da pivənin konservləşdirilməsi ilə bağlı cəhdlər edilsə də bütün bunlar uğursuzluqla nəticələnirdi. Köpüyün yatırılması cəhdlərinin demək olar ki hamısı kiçik partlayışlarla bitirdi. Bu cəhdlərin ilk mərhələsinə içkiyə qoyulan qadağalar son qoydu və pivənin saxlanması ilə bağlı problemlər öz aktuallığını bir müddətlik itirdi. Buna baxmayaraq, bəzi iş adamları bu qadağanın amerikalılar üçün uzun müddətli olmayacağını əvvəlcədən təxmin edərək effektiv konservləşdirmə üsulları axtarmaqda davam edirdilər.
Bu zaman şirkətlərdən biri olan American Can Company qadağanın ləğv edilməsi günə tam hazır idi. Üstəlikdə özünün pivənin dəmir qutulara yığılmasının sınanmamış texnologiyası ilə. Yeni məhsul bütün mühafizəkar pivəçilərin öhdəsindən gələrək özünə yol açmaqda idi. Dəmir bankalarda olan pivənin ilk seriyasını ilk olaraq satmağa cəhd etmədilər. Nyu-Arkda (Nyu Cersi) yerləşən G. Krueger Brewing Company öz məhsulunu yerli şirkətlərə anket ilə birgə bu dəmir bankalarda təqdim etməyə icazə verdi. 1933-cü ildə 2 min dəmir banka ilə “Test buraxılışı” uğurla nəticələnir. “Krueger’s Special Beer” pivəsinin dadına baxanların əksəriyyəti (91%) ondan razı qaldığını bildirmişdi.
Krueger-in özünü isə bu uğur elə də razı salmamışdı. O dəmir bankalara əvvəlki kimi şübhə ilə yanaşırdı. Öz yerli müştərilərini itirməkdən ehtiyat edən Krueger sınaq üçün Nyu Arkdan 300 kilometr uzaqlıqda yerləşən Riçmondu (Virciniya) seçir. Lakin Krueger əbəs yerə ehtiyat edirdi. “Krueger’s Finest Beer” və “Krueger’s Cream Ale” adlı iki pivə növü 24 yanvar 1935-ci il tarixində müştərilərə təqdim edilir. Məhsul isə öz növbəsində müştərilər tərəfindən yaxşı qarşılanır. 1935-ci ilin sonunda isə 36 amerikan və hətta 1 ingilis pivəxanası banka qablaşdırması ilə ticarət edirdilər. İlk dəmir pivə bankaları isə müasir pivə bankalarından əhəmiyyətli dərəcədə fərqlənirdilər.
Müasir pivə bankasının ilkin konstruksiyası isə yalnızca 1975-ci ildə formalaşıb. Lakin bununla belə onun təkamülü hələ də başa çatmayıb.