6 C
Baku
Monday, December 16, 2024

ABŞ şirkətlərinin nağd vəsaitlərinin həcmi rekorda çatıb

Vergi qanunlarında dəyişikliklər nəticəsində ABŞ şirkətləri tərəfindən saxlanılan nağd vəsaitlərinin həcminin iki il ardıcıl olaraq azalmasından sonra ölkənin qeyri-maliyyə şirkətlərinin nağd vəsait balansları ötən il 32% artaraq ilin sonuna 2,15 trln. dollara çatıb ki, bu da rekord göstərici sayılır.

Bu barədə “Moody’s Investors Service”in (“Moody’s”) açıqlamasında deyilir.

Məlumata görə, şirkətlərin kapital qoyuluşları 5%, satınalma xərcləri 24%, xalis səhmlərin geri alınması (“buyback”) xərcləri isə 36% azalıb.

“Moody’s”ə görə, ən çox nağd vəsait “Apple”, “Microsoft”, “Alphabet”, “Amazon” və “Facebook” şirkətlərində cəmləşib. Onlar tərəfindən ümumilikdə 611 mlrd. dollar nağd vəsait saxlanılır ki, bu da 2020-ci ilin sonuna ümumi korporativ vəsait balansının 27%-ni təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər