7 C
Baku
Sunday, December 15, 2024

İlon Maskın “sağ əli” 10 illik işdən sonra şirkətdən ayrılıb

“Tesla”nın yük şöbəsinin rəhbəri və İlon Maskın “sağ əli” Cerom Qilyen 10 illik işdən sonra şirkətdən ayrılıb. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, Cerom Qilyen “Tesla”nın dörd top-menecerindən biri olub, onun şirkətdən ayrılması barədə ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyasının maliyyə hesabatında deyilir.

Qilyen şirkətə 2010-cu ilin payızında “Model S” avtomobilinin istehsalına nəzarət etmək üçün gətirilib. 2015-ci ildə o, bir neçə aylıq məzuniyyətə çıxıb, 2016-cı ildə isə yük şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib. 2018-ci ildə Qilyen bütün avtomobil şöbəsinin, 2021-ci ilin martında isə ağır malların daşınması şöbəsinin rəhbəri olub.

Xatırladaq ki, “Tesla” ilk “Semi” yük maşınlarını 2017-ci ildə təqdim edib və 2019-cu ildə onlar bazara çıxmalı olsa da, tarixlər bir neçə dəfə dəyişdirilib.

2021-ci ilin yanvarında İlon Mask “Semi” avtomobillərinin bir neçə ay sonra satmağa başlayacağını açıqlayıb. Bunun səbəbi şirkətin “Panasonic” ilə birlikdə tərtib etdiyi akkumulyator çatışmazlığı olub.

Son xəbərlər
Digər xəbərlər