10 C
Baku
Thursday, December 12, 2024

Dövlətin böyük zavodlarından birinin direktoru istefa verib

Dövlət əmlakının idarə edicisi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin strukturunda kadr dəyişikliyi baş verib.

Banker.az xəbər verir ki, ASK-nin strukturunda olan “ASK Şüşə” MMC-nin Baş icraçı direktoru Fəxrəddin Quliyev Nurəddin oğlu istefa verib.

Onun yerinə Səməd Nəbiyev Məmməd oğlu təyin edilib.

Səməd Nəbiyev 7 iyun 1961-ci ildə Sumqayıt şəhərində ziyalı ailəsində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra təhsilini Rusiya Federasiyasının Moskva şəhərində davam etdirmişdir. 1984-cü ildə mühəndis ixtisası üzrə Moskva Energetika İnstitutunu, 1990-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasında aspiranturani bitirmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Energetika, maşınqayırma, elektrotexnika və s. istehsalat sahələrində mühəndis, baş energetik, direktor və digər vəzifələrdə o cümlədən dövlət və özəl qurumlarda işləmişdir. 28 yanvar 2019-cu ildə “ASK Şüşə” MMC-yə İstehsalat üzrə direktor müavini təyin edilmişdir.

ASK Şüşə MMC – 2018-ci ilin fevral ayında təsis edilib, 34.68 milyon manat nizamnamə kapitalına sahibdir. Müəssisə 22 ha ərazidə yerləşir və İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz olunub. Müəssisənin illik istehsal potensialı 70–75 milyon ədəd şüşə qab təşkil etməkdədir. Ümumilikdə “ASK Şüşə” MMC-də istehsal prosesinə 320 nəfərdən çox yerli və xarici mütəxəssis cəlb edilib.

Burada 120 tonluq şüşəbişirmə sobası, əlavə korpus və sexlər yerləşir. İstehsalat sahəsi yeni sistemli qablaşdırma sexi, laboratoriya və anbardan ibarətdir. İstehsalat prosesinə aid bütün mərhələlər nəzarət altındadır, xammal və hazır məhsulun keyfiyyəti fasiləsiz olaraq yoxlanılır. Müəssisə regionda ən geniş imkanları olan istehsalçıdır. Əsas xammalın müəyyən hissəsi ölkədə istehsal olunur, müəyyən hissəsi isə Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən gətirilir.

3C0901AD 5FB9 403A BD8B D645B6D7486D

Son xəbərlər
Digər xəbərlər