10 C
Baku
Wednesday, December 11, 2024

Dünyanın ən böyük ət istehsalçısı ona hücum edən hakkerlərə $11 mln. ödədi

Dünyanın ən böyük ət istehsalçısı olan “JBS” ona hücum edən hakkerlərə 11 milyon dollar ödəyib. Banker.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilir.

Korporasiyasının mətbuat xidməti bildirdiyi kimi, cinayətkarlar bu məbləği ödəyən zaman əksər müəssisələrin fəaliyyəti artıq bərpa edilmişdir.

“JBS USA”in baş icraçı direktoru Andre Noqeyraya görə, şirkət bu “çətin” qərarı “müştəriləri üçün potensial risklərin qarşısını almaq üçün verib”.

Xatırladaq ki, 1 iyun tarixində dünyanın ən böyük ət istehsalçısı Braziliyanın “JBS SA” şirkətinin Avstraliya və Şimali Amerikadakı filiallarına hakker hücumlarına məruz qalıb. Kiberhücum şirkətin ABŞ-dakı beş böyük ət emalı zavodunun fəaliyyətinin dayandırılmasına səbəb olub.

Son xəbərlər
Digər xəbərlər