Azərbaycanda poçt xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən il 52.2 mln. manat təşkil edib.
Banker.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, illik müqayisədə poçt xidmətlərindən əldə olunan gəlirlərin həcmi 6.9 mln. manat və ya 11.7% azalıb.
Poçtla məktub göndərişləri 2020-ci ildə 3.1% artaraq 6.6 milyon təşkil edib. Poçt şəbəkəsi üzrə 2 dəfə çox bağlama göndərilib.