15.07.2021-ci il tarixdən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan “Sadə 2” tarif paketinə yeni qoşulmalar dayandırılacaq.
Qeyd olunan tarixə kimi bu tarif paketinə qoşulan nömrələr isə müvafiq abunəlik ləğv olunana qədər tarif paketindən ümumi əsaslarla istifadəyə davam edə biləcəklər, digər tarif paketlərinə keçid edənlər isə yenidən əvvəlki tarifə qayıtmaq imkanına malik olmayacaqlar.