10 C
Baku
Thursday, December 12, 2024

Aİ “Amazon”u 425 mln. dollar cərimələyə bilər

ABŞ-ın “Amazon” şirkəti Avropa İttifaqının (Aİ) fərdi məlumatlarının qorunması qanununu (GDPR) pozduğu üçün 425 mln. ABŞ dolları məbləğində cərimə oluna bilər. Belə bir cəzanın tətbiq edilməsi ABŞ korporasiyasının Avropa qərargahının yerləşdiyi Lüksemburqun Fərdi Məlumatların Qorunması Komissiyası (CNPD) tərəfindən təklif olunub.

Bu barədə “The Wall Street Journal” (WSJ) öz mənbələrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, məsələ GDPR pozuntuları ilə əlaqədardır, əsasən də istifadəçilərin şəxsi məlumatlarının toplanması və istifadəsi ilə.

Bu iş üzrə yekun qərar verilməmişdən əvvəl məsələ məlumat məxfiliyi üzrə Aİ-nin digər tənzimləyiciləri razılaşdırılmalıdır. Proses bir neçə ay davam edə bilər, cərimənin yekun məbləği isə Lüksemburq tənzimləyicisi tərəfindən təklif ediləndən ciddi şəkildə fərqlənə bilər. CNPD-nin təklif etdiyi cərimə “Amazon”un 2020-ci ildə 21,3 mlrd. dollar həcmində əldə etdiyi xalis mənfəətinin təxminən 2%-ni, şirkətin gəlirinin isə 0,1%-ni (386 milyard dollar) təşkil edir. Bununla belə, GDPR-in müddəalarına uyğun olaraq tənzimləyicilər şirkətləri illik gəlirin 4%-i qədər cərimə edə bilərlər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər