Böyük Britaniyada yaşayan fermer Filip Hyuz inək peyinindən istifadə edərək “Ethereum” kriptovalyutasını mayninq etməyi öyrənib.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Onun sözlərinə görə, bu “startap” çox yaxşı gəlir gətirir, baxmayaraq ki, rəqəmsal sikkələrin dəyəri daim dəyişir. Bundan əlavə, fermer mayninq avadanlıqlarını icarəyə verərək əlavə pul qazanmağa başlayıb.
Hyuzun ferması Uelsdə yerləşir. Onun ailəsi nəsillər boyu mal-qara yetişdirib. “BBC”nin verdiyi məlumata görə, Filip Hyuz inək peyinini yenilənə bilən enerji mənbəyinə, o cümlədən mayninq vasitəsinə çevirib.
Oksigen olmadığı təqdirdə, mikroblar gübrəni parçalayır və güclü istixana qazı rolunu oynayan metan istehsal edir. Fermer bildirir ki, onun istifadə etdiyi bu üsul həmçinin istilik və elektrik enerjisi istehsal etmək üçün yararlıdır.
İstehsal olunan enerjinin təxminən üçdə iksi təsərrüfatda istifadə olunur, qalan hissəsi isə “Ethereum” kriptovalyutasının mayninqinə xərclənir. Qeyd edək ki, may ayında bir “Ethereum” sikkəsinin qiyməti 4 000 dollar, iyunun əvvəlində isə 2 400 dollar təşkil edib.
Hyuza mayninq avadanlıqlarını verən “Easy Crypto Hunter” şirkəti bu qurğunun fermerə 18 min funt sterlinqə (25 500 dollar) başa gəldiyini vurğulayır.