13 C
Baku
Sunday, September 29, 2024

Əhalinin geyim xərci 2 milyard manata çatdı

İstehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 2021-ci ilin yanvar-may aylarında toxuculuq məhsulları, geyim və ayaqqabılara 2 milyard 152.6 milyon manat xərcləyib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Belə ki, ötən ilin 5 ayına nisbətən cari ildə toxuculuq məhsulları, geyim və ayaqqabılar satışından gəlir 2.8% azalıb.

2021-ci ilin yanvar-may aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin  14.1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Son xəbərlər
Digər xəbərlər