3 C
Baku
Saturday, December 14, 2024

“ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”

“ABŞ Prezidenti Co Bayden ilə görüşümüzdə müzakirə edəcəyimiz məsələlər çox genişdir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-14 iyunda Brüsseldə keçiriləcək NATO dövlət və hökumət başçıları Sammitində iştirak üçün Brüsselə səfər etməzdən öncə İstanbul Atatürk Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.

NATO Sammiti çərçivəsində ilk dəfə ABŞ Prezidenti olaraq Co Baydenlə təkbətək görüşəcəyini bildirən Türkiyə Prezidenti deyib ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişafı müzakirə ediləcək. R. T. Ərdoğan ABŞ Prezidentinin qondarma “erməni soyqırımı”nı tanıması barədə bəyanatına da toxunub: “Türkiyə ABŞ-la NATO-da müttəfiq ölkədir. ABŞ-ın NATO ilə yaxından, uzaqdan əlaqəsi olmayan “erməni məsələsi”nə mövqe bildirməsi bizi təəssüfləndirir və narahat edir. Co Baydenlə görüşümüzdə bu məsələni xatırlatmadan keçmək mümkün deyil”.

R.T.Ərdoğan ABŞ-Türkiyə əlaqələrində həllini tapmayan “F-35”, “S-400”, terrorla mübarizə, regional və digər məsələlərinin müzakirə ediləcəyini də deyib.

Qeyd edək ki, Türkiyə Prezidentinin ABŞ Prezidentilə bərabər, Fransa, Almaniya, Yunanıstan, Latviya və digər dövlət başçıları ilə təkbətək görüşü nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər