Rusiyanın paytaxtı Moskvada peyvənd olunmuş 18 yaşdan yuxarı bütün vətəndaşlar arasında avtomobil uduşu kampaniyası keçiriləcək. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Bildirildiyi kimi, bu, 60 yaşdan yuxarı olan Moskva sakinləri üçün başlanılan “Milyon mükafat” kampaniyasının bir hissəsi olacaq.
“2021-ci il 14 iyun – 11 iyul arasında COVID-19-a qarşı peyvənd olunmuş şəxslər avtomobil uduşu kampaniyasının iştirakçısı olacaqlar”, – deyə mesajda qeyd edilir.
Ümumilikdə hər həftə birinin dəyəri bir milyon rubl olan beş avtomobil uduşa çıxarılacaq. Lotereyanın nəticələri 23 iyun tarixindən etibarən “Moskva 24” telekanalının efirində elan ediləcək.