Bu ilin yanvar-may aylarında Azərbaycanda 627.2 min dekalitr araq istehsal edilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycanda araq istehsalı 2019-cu ilin müvafiq ayına nisbətən 40.8% azalıb. 01.06.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 261.8 min dekalitr təşkil edir.
İlin ilk beş ayında ölkədə 7.5 min dekalitr brendi (konyak) istehsal edilib ki, bu da ötən ilin müvafiq ayına nisbətdə 34.8% azalma deməkdir.