21 C
Baku
Friday, October 11, 2024

Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkı yaradılır

İyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib.

Banker.az xəbər verir ki, hazırda universitetin bakalavr üzrə 42 ixtisası, magistr üzrə 80 ixtisasdan 43-ü Texnologiyalar Parkının fəaliyyət sahəsinə daxildir.

Texnopark üçün zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət yeni bina inşa olunacaq. Zirzəmidə texnoservis, proqramlaşdırma və avtomatlaşdırma, kafe və təsərrüfat otaqları nəzərdə tutulub. Birinci mərtəbədə Microsoft şirkətinin, Naxtel 4G operatorunun, CİSCO, KOİCA, Bakunity və digər gələcək rezident şirkətlərin ofisləri yerləşəcək.

İkinci mərtəbədə innovasiya, layihələrin əlaqələndirilməsi, informasiya texnologiyaları xidmətləri,  incəsənət, dizayn otaqları olacaq. Üçüncü mərtəbədə ideya bankı, Co-working mərkəzi, startap mərkəzləri nəzərdə tutulub. Dördüncü mərtəbədə 3 müzakirə otağı və 240 nəfərlik akt zalı yerləşəcəkdir.

Ali Məclisin Sədri Texnologiyalar Parkının təməlini atmış, tikintinin keyfiyyətlə aparılması və tələblərə uyğun qurulması   barədə tapşırıqlar vermişdir.

 

Son xəbərlər
Digər xəbərlər