Tələbə kreditləri həmin ildə olan təhsil haqlarına uyğun veriləcək. Kreditlər təhsil haqqının ən yüksək faizi nəzərə alınmaqla veriləcək. Bu 80-100 faiz də ola bilər.
Bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, Təhsil Tələbə Krediti Fondu xaricdə təhsil almaq istəyən tələbələr üçün deyil, Azərbaycan universitetləri üçün nəzərdə tutulub: “Tələbə kreditlərinin faizi çox aşağı olacaq. Məsələn sosial paketdə bu ik faizdir və olduqca azdır”.
Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.