İşğaldan azad edilmiş ərazilərədə 10 483 daşınmazəmlak və 2 824 infrastruktur obyekti olmaqla, 13 307 əmlakın inventarlaşdırma işləri tamamlanıb.
Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, 1 525 km avtomobil yolunun, 292 km elektri ktəchizatı xəttinin, 45 km qaz təchizatı və 19 km su təchizatı xəttinin, o cümlədən 249 km suvarma şəbəkəsinin inventarlaşdırma işləri başa çatıb.