Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara dəyişikliklə Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı təsdiq edilib.
Müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi üçün istifadəsinin təsdiq edilməsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.
Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.
Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı
XİFMN üzrə kodu | Mal mövqelərinin adları |
2515 | Qaba parçalanmış və ya parçalanmamış, mişarlanmış və ya mişarlanmamış və ya digər üsulla bloklara və ya düzbucaq (kvadrat da daxil olmaqla) formasında lövhələrə bolünmüş mərmər, travertin və ya əhəngli tuf daşı, ekausin və xüsusi çəkisi 2,5 və ya daha çox olan abidələr və ya tikinti üçün digər əhəngdaşları, alebastr |
2516 | Qaba parçalanmış və ya parçalanmamış, mişarlanmış və ya mişarlanmamış və ya digər üsulla bloklara və ya düzbucaq (kvadrat da daxil olmaqla) formasında lövhələrə bölünmüş qranit, porfir, bazalt, qumdaşı, abidələr və ya tikinti üçün digər daşlar |
3208 | Sintetik polimerlər və ya kimyəvi modifikasiya olunmuş təbii polimerlər əsasında susuz mühitdə həll edilmiş və ya dispersləşdirilmiş boyalar və laklar (emallar və polituralar da daxil olmaqla); bu qrupa dair 4-cü qeyddə göstərilən məhlullar |
3209 | Su mühitində dispersləşdirilmiş və ya həll olunmuş, sintetik polimerlər və ya kimyəvi modifikasiya olunmuş təbii polimerlər əsasında boyalar və laklar (emallar və polituralar da daxil olmaqla) |
3210 00 | Digər boyalar və laklar (emallar, polituralar və yapışqanlı boyalar da daxil olmaqla); dərinin işlənməsi üçün istifadə edilən hazır sulu piqmentlər |
3917 | Plastmas borular, borucuqlar, şlanqlar və onların fitinqləri
(məsələn, birləşmələr, dirsəklər, flanslar) |
3926 | Plastmasdan digər məmulatlar və 3901-3914 mal
mövqelərindəki digər materiallardan məmulatlar |
4407 | Uzununa mişarlanma və ya yarılma, rəndələnmə və ya cırtlama ilə əldə edilmiş, rəndələnmə və ya cilalanma ilə emal edilməmiş və ya emal edilmiş, 6 mm-dən çox qalınlığı olan şalbanbaşı birləşmələri olan və ya olmayan meşə
materialı |
4409 | Hər hansı bir kənarı, ucu və ya səthi profil verilmiş paqonaj halında olan (dişli, oyuqlu, zivanalı, yonulmuş kənarlı, yarımdairə fiqurlu rəndələnmə şəklində birləşdirmələri ilə, fasonlu və ya analoji), rəndələnmə və ya cilalanma ilə emal edilməmiş və ya emal edilmiş, şalbanbaşı birləşmələri olan və ya olmayan taxta-şalban (döşəmənin parket örtüyü üçün yığılmamış plankalar və frizlər də daxil olmaqla) |
4410 | Qatranlarla və ya digər üzvi bağlayıcı maddələrlə hopdurulmuş və ya hopdurulmamış ağacyonqarlı plitələr, istiqamətləndirilmiş yonqarlı plitələr (OSB) və ağacdan və ya digər oduncaqlaşmış materiallardan analoji plitələr
(məsələn, vafli plitələri) |
4411 | Ağacdan və ya digər oduncaqlaşmış materiallardan, qatran
və ya digər üzvi maddələr əlavə edilmiş və ya əlavə edilməmiş ağaclifli plitələr |
4412 | Yapışqan vasitəsilə hazırlanmış faner, fanerlənmiş panellər və laylı oduncaqdan analoji materiallar |
4413 00 000 0 | Bloklar, plitələr, tirlər və ya profil verilmiş formalar şəklində preslənmiş oduncaq |
4418 | Deşikli ağac panelləri, yığılmış döşəmə panelləri, dam qontu və taxtapuş çiləkəni də daxil olmaqla, ağacdan inşaat, xarratlıq və dülgərlik məmulatları |
4420 | Mozaikalı və inkrustasiya ilə bəzədilmiş ağac məmulatları; zərgərlik və ya bıçaq və analoji məmulatlar üçün ağac mücrülər və qutular; ağac heykəlciklər və digər dekorativ məmulatlar; 94-cü qrupda göstərilməmiş ağacdan mebel
əşyaları |
4804 | 4802 və ya 4803 mal mövqeyində göstərilənlərdən başqa, rulonlarda və ya vərəqlərdə təbaşirlənməmiş kraft-kağız və kraft-karton |
5701 | Hazır və ya tamamlanmamış ilməli xalçalar və ya digər tekstil döşəmə örtükləri |
5702 | “Kilim”, “sumax”, “kermani” və analoji əl işi xalçaları da daxil olmaqla, hazır və ya tamamlanmamış, taftinqsiz və ya flokirlənməmiş, toxunmuş xalçalar və digər tekstil döşəmə
örtükləri |
5703 | Hazır və ya tamamlanmamış taftinqli xalçalar və digər tekstil döşəmə örtükləri |
5704 | Hazır və ya tamamlanmamış, taftinqsiz və ya flokirlənməmiş, keçədən və ya fetrdən xalçalar və digər tekstil döşəmə örtükləri |
5705 00 | Hazır və ya tamamlanmamış digər xalçalar və tekstil döşəmə örtükləri |
5904 | Forma üzrə biçilmiş və ya biçilməmiş linoleum; forma üzrə biçilmiş və ya biçilməmiş tekstil əsaslı döşəmə örtükləri |
6802 | 6801 mal mövqeyinin mallarından başqa, abidələr və ya tikinti üçün emal olunmuş daşlar (şistdən başqa), və onlardan məmulatlar; altlıqlı və ya altlıqsız mozaika üçün kubiklər və təbii daşlardan analoji məmulatlar (şist də daxil olmaqla); təbii daşlardan (şist də daxil olmaqla) süni boyanmış qranullar, qırıntılar və toz |
6806 | Şlak-pambığı, mineral silikat-pambığı və analoji mineral pambıqlar; laylanmış vermikulit, köpükləndirilmiş gillər, köpükləndirilmiş şlak və analoji köpükləndirilmiş mineral məhsullar; 6811 və ya 6812 mövqeyinin və ya 69-cu qrupun məmulatlarından başqa, istilik izolyasiya, səs izolyasiya və ya səsuducu mineral materiallardan qarışıqlar və məmulatlar |
6810 | Sementdən, betondan və ya süni daşdan armaturlaşdırılmış və ya armaturlaşdırılmamış məmulatlar |
6906 00 000 0 | Keramika boruları, izolyasiya edilmiş boru kəmərləri, suyu kənara axıdan borular və boru fitinqləri |
6907 | Döşənmə üçün plitələr, döşəmələr, sobalar, kaminlər və ya divarlar üçün keramik üzlük lövhəcikləri; mozaika işləri üçün keramika kubikləri və ya analoji məmulatlar, əsasda və ya onsuz; bəzək üçün keramika məmulatları |
6910 | Keramikadan çanaqlar, əlüzyuyanlar, çanaq konsolları, vannalar, bide, unitazlar, ayaqyolu üçün su bakları,
pissuarlar və analoji sanitar-texniki məmulatlar |
6914 | Digər keramika məmulatları |
7002 | Kürə (7018 mal mövqeyinin mikrokürələrindən başqa), çubuq və ya borucuq formasında olan emal olunmamış şüşə |
7003 | Vərəqlər şəklində və ya profillənmiş, uducu, əksedici və ya əks etdirməyən qata malik olan, lakin başqa üsulla emal olunmamış tökmə və yayma şüşələr |
7004 | Vərəqlər şəklində, uducu, əksedici və ya əks etdirməyən qata malik olan və ya olmayan, lakin başqa üsulla emal
olunmamış, dartılmış və üfürülmüş şüşə |
7006 00 | 7003, 7004 və ya 7005 mal mövqelərinin əyilmiş, tin-tin, oyulmuş, dəlinmiş, minalanmış və ya başqa üsulla işlənmiş, lakin çərçivəyə salınmamış və ya başqa materiallarla kombinasiya edilməmiş şüşələr |
7007 | Təhlükəsiz şüşə, həmçinin möhkəmləndirilmiş (bərkidilmiş) və ya çoxqatlı şüşə |
7019 | Şüşə lifi (şüşə-pambığı daxil olmaqla) və ondan hazırlanmış məmulatlar (məsələn, iplik, parçalar) |
7020 00 | Şüşədən digər məmulatlar |
7301 | Qara metallardan zivanalı konstruksiyalar, burğulanmış və ya burğulanmamış, deşilmiş və ya deşilməmiş, monolit və ya yığma elementlərdən hazırlanmış; qara metallardan
künclüklər, fasonlu və xüsusi qaynaq edilmiş profillər |
7304 | Qara metallardan (tökmə çuqundan istisna olmaqla) tikişsiz borular, borucuqlar və içiboş profillər |
7305 | Qara metallardan digər borular və borucuqlar (məsələn, qaynaq edilmiş, pərçimlənmiş və ya analoji üsulla birləşdirilmiş), dairəvi en kəsikli, xarici diametri 406,4 mm-dən çox olan |
7306 | Qara metallardan borular, borucuqlar və digər içiboş profillər (məsələn, açıq tikişli və ya qaynaq edilmiş, pərçimlənmiş və ya analoji üsulla birləşdirilmiş) |
7308 | Qara metallardan metal konstruksiyalar (9406 mal mövqeyinin yığma tikinti konstruksiyalarından başqa) və onların hissələri (məsələn, körpülər və onların seksiyaları, şlüz qapıları, qüllələr, şəbəkəli dirəklər, dam çatıları, inşaat fermaları, qapılar və pəncərələr və onların çərçivələri, qapılar üçün kandarlar, jalüzlər, balyustradalar, dayaqlar və sütunlar); metal konstruksiyalarında istifadə üçün nəzərdə tutulmuş qara metallardan hazırlanmış vərəqlər, çubuqlar, künclüklər, fasonlu profillər, borular və analoji məmulatlar |
7316 00 000 0 | Qara metallardan lövbərlər, dördqarmaqlı lövbərlər və
onların hissələri |
7318 | Qara metallardan vintlər, boltlar, qaykalar, böyük vintlər, burulub keçirilən qarmaqlar, pərçimlər, şpon civiləri, şplintlər, şaybalar (o cümlədən yaylı) və analoji məmulatlar |
7322 | Qara metallardan qeyri-elektrik qızdırma ilə mərkəzi isitmə üçün radiatorlar və onların hissələri; qara metaldan, quraşdırılmış ventilyatorla və ya mühərrikli hava üfürənlərlə təchiz olunmuş qeyri-elektrik qızdırma ilə hava qızdırıcıları və isti havanın verilməsi üçün (həmçinin, təzə və ya kondisiyalaşdırılmış havanın verilməsi üçün qurğular daxil |
olmaqla) paylayıcı qurğular və onların hissələri | |
7326 | Qara metallardan digər məmulatlar |
7419 | Misdən digər məmulatlar |
7604 | Alüminium çubuqlar və profillər |
7608 | Alüminium borular və borucuqlar |
7610 | Alüminium metal konstruksiyalar (9406 mal mövqeyinin yığma inşaat metal konstruksiyalarından başqa) və onların hissələri (məsələn, körpülər və onların seksiyaları, qüllələr, şəbəkəli dirəklər, dam çatıları, inşaat fermaları, qapılar, pəncərələr və onların çərçivələri, qapılar üçün kandarlar, balyustradlar, dayaqlar və sütunlar); metal konstruksiyalarında istifadə üçün nəzərdə tutulmuş vərəqlər, çubuqlar, profillər, borular və analoji alüminium məmulatları |
7616 | Alüminiumdan digər məmulatlar |
8201 | Əl alətləri: süngüşəkilli və çalovşəkilli kürəklər, kərkilər, külünglər, çapacaqlar, yabalar və dırmıqlar; baltalar, dəhrələr və analoji doğrayıcı alətlər; bütün növ bağban qayçıları; dəryazlar, oraqlar, quru ot və saman bıçaqları, bağ qayçıları, ağacların yarılması üçün pazlar və kənd təsərrüfatında, bağçılıqda və ya meşə təsərrüfatında istifadə olunan digər alətlər |
8202 | Əl mişarları; bütün tip mişarlar üçün lövhələr (uzununa kəsmə üçün, oyuqların kəsilməsi üçün və ya dişsiz lövhələr daxil olunmaqla) |
8203 | Əyələr, nadfillər, törpülər, kəlbətinlər (itiağız kəlbətinlər daxil olmaqla), yastıağız kəlbətinlər, passatijlər, pinsetlər, maşacıqlar, metalkəsən qayçılar, borukəsən qurğular,
boltkəsən qayçılar, deşikaçanlar və analoji əl alətləri |
8204 | Əl qayka açarları (torsiometrli qayka açarları daxil olmaqla, lakin dolamaçarxlar istisna olmaqla); dəstəkli və ya onsuz
qayka açarları üçün dəyişdirilən başlıqlar |
8205 | Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan əl alətləri (almaz şüşəkəsənlər də daxil olmaqla); lehimləmə lampaları; dəzgahların və ya su şırnaqlı kəsici maşınların ləvazimatlarından və hissələrindən başqa, məngənələr, sıxaclar və analoji məmulatlar; dəmirçi zindanları; daşınan kürələr (dəmirçi ocaqları); əl və ya ayaq ötürücüsü ilə dayaq konstruksiyalı cilalayıcı dairələr |
8206 00 000 0 | 8202-8205 mal mövqelərinin iki və ya daha çox alətləri, dəst şəklində, pərakəndə satış üçün nəzərdə tutulmuş |
8207 | Metalın ekstruziyası və ya məftil çəkmə üçün filyerlər də daxil olmaqla əl alətləri üçün mexaniki ötürücülü və ya onsuz və ya dəzgahlar üçün (məsələn, presləmə, ştamplama, doğrama, yiv açma, deşmə, oyma, çəkmə, frezləmə, torna emalı və ya vintləmə üçün) dəyişdirilən işçi alətləri, qaya süxurlarının və ya torpağın qazılması üçün
alətlər |
8302 | Mebel, qapılar, pilləkənlər, pəncərələr, pərdələr, nəqliyyat vasitələrinin salonları, sərraclıq məmulatları, çamadanlar, yeşiklər, mücrülər və ya analoji məmulatlar üçün qiymətsiz metallardan bərkidici armatura, furnitur və analoji məmulatlar; qiymətsiz metallardan şlyapalar üçün asılqanlar, şlyapalar üçün qarmaqlar, kronşteynlər və analoji məmulatlar; qiymətsiz metallardan bərkidici qurğulu mebel təkərləri; qapıların bağlanılması üçün qiymətsiz metallardan avtomatik qurğular: |
8402 | Buxar qazanları və ya digər buxar yaradan qazanlar (aşağı təzyiqli buxar yarada bilən mərkəzi istilik su qazanlarından başqa); qaynar su qazanları |
8403 | 8402 mal mövqeyinin qazanlarından başqa, mərkəzi istilik qazanları |
8412 | Digər mühərriklər və güc qurğuları |
8413 | Məsrəfölçənlərlə və ya onlarsız maye nasosları; maye qaldırıcıları |
8414 | Vakuum və ya hava nasosları, hava və ya qaz kompressorları və ventilyatorlar; filtrli və ya filtrsiz, ventilyasiyalı və ya hava dövrlü sorucu qalpaqlar və ya ventilyasiyalı dolablar |
8415 | Rütubəti ayrıca tənzimləyə bilməyən kondisionerlər daxil olmaqla mühərrikli ventilyatorla və havanın temperaturunu və rütubətini ölçən cihazlarla təchiz olunmuş havanın kondisiyalaşdırılması üçün qurğular |
8418 | Soyuducular, dondurucular və elektrik və ya başqa tipli digər soyuducu və ya dondurucu avadanlıq; 8415 mal mövqeyinin havanın kondisiyalaşdırılması üçün qurğulardan başqa, istilik nasosları |
8421 | Mərkəzdənqaçma quruducular daxil olmaqla sentrifuqalar; mayelərin və ya qazların filtrlənməsi və ya təmizlənməsi üçün qurğular və avadanlıq |
8428 | Digər qaldırılma, yerdəyişmə, yüklənmə və ya boşaldılma üçün maşınlar və qurğular (məsələn, liftlər, eskalatorlar, konveyerlər, kanat yolları) |
8471 | Hesablayıcı maşınlar və onların blokları; başqa yerdə adları çəkilməyən və ya daxil olmayan maqnit və ya optik hesablayıcı qurğular, kodlaşdırılmış formada məlumatı informasiya daşıyıcılarına köçürmək üçün maşınlar və informasiyanın işlənməsi üçün oxşar maşınlar |
8475 | Elektrik və ya elektron lampaların, borucuqların və ya elektron-şüa borucuqların və ya şüşə kolbalarda qazboşalma lampaların yığılması üçün maşınlar; şüşənin və ya şüşə məmulatların hazırlanması və ya isti emalı üçün maşınlar |
8501 | Elektrik mühərriklər və generatorlar (elektrik generator qurğularından başqa) |
8502 | Elektrik generator qurğuları və fırlanan elektrik dəyişdiriciləri |
8504 | Elektrik transformatorlar, statik elektrik dəyişdiricilər (məsələn, düzləndiricilər), induktivlik çarxları və drossellər |
8516 | Elektriklə işləyən axar tipli və ya tutumlu su qızdırıcıları, batırılma elektrik qızdırıcıları; hər hansı bir məkanın və torpağın isidilməsi üçün elektrik avadanlıq, saçlara qulluq üçün elektrotermik aparatlar (məsələn, saç quruducuları, biqudi, isti burma üçün maşalar) və əl quruducuları; elektrik ütülər; digər məişət elektrik qızdırıcı cihazları; 8545 mal mövqeyində göstərilənlərdən başqa, elektrik müqavimət qızdırıcıları |
8525 | Tərkibində qəbuledici, səsyazan və ya səsləndirici aparatura olan və ya olmayan radioyayım və ya televiziya üçün ötürücü aparatura; televiziya kameraları, rəqəmsal kameralar və yazan videokameralar |
8526 | Radiolokasiya, radionaviqasiya aparaturası və uzaqdan idarəetmə üçün radioaparatura |
8528 | Tərkibində televiziya üçün qəbuledici aparatura olmayan monitorlar və proyektorlar; tərkibində geniş yayımlı radioqəbuledici və ya səsi və ya təsviri yazan və ya canlandıran aparatura olan və ya olmayan televiziya rabitəsi üçün qəbuledici aparatura |
8536 | 1000 V-dan çox olmayan gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparatura (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, rele, əriyən qoruyucular, gərginlik sıçrayışlarının söndürücüləri, ştepsel vilkaları və rozetkaları, elektrik lampaları üçün patronlar və digər birləşdiricilər, birləşdirici qutular); optik liflər, optik-lifli jqutlar və ya kabellər üçün birləşdiricilər |
8537 | Elektrik cərəyanının idarəetməsi və ya bölüşdürülməsi üçün 8535 və ya 8536 mal mövqeyinin iki və ya daha çox qurğusu ilə təchiz olunmuş, o cümlədən 90-cı qrupun cihazlarını, qurğularını və rəqəmsal idarəetmə aparatlarını daxil edən, tərkibində 8517 mal mövqeyinin kommutasiya qurğuları olmayan pultlar, panellər, konsollar, masalar, bölüşdürücü şitlər və elektrik aparatları üçün digər təməllər |
8539 | Hermetik istiqamətlənmiş işıq lampaları da daxil olmaqla elektrik közərmə və ya qazlaboşalma lampaları, eləcə də ultrabənövşəyi və ya infraqırmızı lampalar; qövs lampaları, işıqsaçan diod lampalar (LED) |
8544 | Birləşdirici qurğularla və ya onlarsız izolyasiyalı naqillər (minalanmış və ya anodlaşdırılmış naqillər daxil olmaqla), kabellər (koaksial kabellər daxil olmaqla) və digər izolyasiyalı elektrik keçiriciləri; elektrik keçiricilərlə və ya birləşdirici elementlərlə yığılıb-yığılmamasından asılı olmayan fərdi örtüklü liflərdən təşkil olunmuş lifli-optik kabellər |
8547 | 8546 mal mövqeyinin izolyatorlarından başqa, yalnız yığma məqsədilə qəlibləmə zamanı montaj edilmiş bəzi metal komponentlər nəzərə alınmadan (məsələn, yivli patronlar) tamamilə izolyasiya materiallarından hazırlanmış, elektrik maşınlar, qurğular və cihazlar üçün izolyasiya armaturası; izolyasiya materialları ilə üzlənmiş qiymətsiz metallardan elektrik keçiricilər üçün borucuqlar və onlar üçün birləşdirici detallar |
8708 | 8701-8705 mal mövqelərinin mühərrikli nəqliyyat vasitələri üçün hissələr və ləvazimatlar |
8716 | Qoşqular və yarımqoşqular; digər özügetməyən nəqliyyat
vasitələri, onların hissələri |
9022 | Rentgenoqrafik və ya radioterapevtik aparatura, rentgen borucuqlar və digər rentgen şüaların generatorları, yüksək gərginlik generatorları, idarəetmə şitləri və pultları, ekranlar, masalar, kreslolar və müayinə və ya müalicə üçün analoji məmulatlar daxil olmaqla rentgen, alfa, beta və ya qamma şüaların istifadəsinə əsaslanan tibbi, cərrahi, stomatoloji və ya baytarlıqda istifadəsi üçün nəzərdə tutulmuş və ya nəzərdə tutulmamış aparatura |
9401 | Çarpayıya çevrilən və ya çevrilməyən oturma mebeli (9402 mal mövqeyində göstərilənlərdən başqa) və onun hissələri |
9403 | Digər mebel və onun hissələri |
9405 | Projektorlar, dar istiqamətli işıq lampaları, fənərlər və onların hissələri daxil olmaqla başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan lampalar və işıqlandırıcı avadanlıq; başqa yerdə adları çəkilməyən və ya daxil olmayan işıq lövhələri, üzərində ad və ya ünvan yazılmış işıq tabloları və quraşdırılmış işıq mənbəyi olan analoji məmulatlar və onların hissələri |