Avrasiya klinikasının (Viola MMC) dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, Avrasiya klinikasının (Viola MMC) vergi borcu 2 843 305.22 manatdır.
Xatırladaq ki, “Viola” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Anar Bədəlov Məmməd oğludur.