10 C
Baku
Wednesday, December 11, 2024

Kredit kartı tarixçəniz şəxsiyyətinizdən xəbər verir

Massaçusets Texnoloji universitetinin tədqiqatçıları insanın bank kartı ilə etdiyi ödənişlər tarixçəsinə əsasən onun şəxsiyyətini təyin etməyə imkan verən texnologiya yaratmışlar. Elmi işin müəlliflərinin sübut etdiyinə əsasən, konkret bir vətəndaşın şəxsiyytini 90% dəqiqliklə təyin etmək üçün onun 3 ay ərzində etdiyi ödəniş tarixçəsinə nəzər yetirmək kifayətdir.

Alış-veriş tarixi və coğrafi koordinatları nəzərə almaqla lazımi nəticəyə gəlmək mümkündür. Bundan əlavə, buraya alış-verişə xərclənən məbləği də əlavə etdikdə şəxsiyyətin təyin edilməsi dəqiqliyi əhəmiyyətli dərəcədə artır. Ümumilikdə isə, insanın şəxsiyyətini 94% dəqiqliklə təyin etmək üçün məlumat bazasından cəmi 3 ödəniş haqqında məlumat əldə etmək kifayətdir.

Tədqiqatçıların bildirdiyinə görə, elmi işin nəticələri kredit kartları ilə ödəniş tarixçəsinin nəyə görə bu qədər böyük əhəmiyyət daşıdığını nümayiş etdirir.

Son xəbərlər
Digər xəbərlər